Qohumlar arasında dava: üç nəfər bıçaqlanıb
Tarix: 23-10-2021 09:06 | Bölmə: Cəmiyyət
Qohumlar arasında dava: üç nəfər bıçaqlanıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə "Komsomol" parkının qarşısında qeydə alınıb.

Belə ki, rayon sakini 1982-ci il təvəllüdlü Rəhimov Ədalət, onun 14 yaşlı oğlu Rəhimov Murad və 1985-ci il təvəllüdlü Nemət Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Bıçaqlanmanın bəzi təfərrutları məlum olub.

İlkin məlumata görə, onların arasında mübahisə düşüb, bu zaman bir birlərinə bıçaq xəsarəti yetiriblər. Ədalətin Nemətin yeznəsi olduğu bildirilir.

Onlar polis tərəfindən nəzarət götürülüblər.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq