Ağstafada 16 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 24-10-2021 23:58 | Bölmə: Cəmiyyət
Ağstafada 16 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ağstafa rayonunda 16 yaşlı S.Sadıqovu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Məlumata görə, bu, Cəlilabad rayon sakini, 2006-cı il təvəllüdlü K.Musayevdir.

Qeyd edək ki, hadisə Tatlı kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

Hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. S.Sadıqovu bıçaqlamaqda K.Musayev şübhəli bilinir.

Qeyd edək ki, o da gəncdir.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq