Sabah yağışlı hava olacaq
Tarix: 25-10-2021 12:35 | Bölmə: Cəmiyyət
Sabah yağışlı hava olacaq

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütünundan 774 mm civə sutununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}