DİN: “Saxta COVID-19 pasportu alanlar istintaqdan yayına bilməyəcək”
Tarix: 25-10-2021 16:43 | Bölmə: Cəmiyyət
DİN: “Saxta COVID-19 pasportu alanlar istintaqdan yayına bilməyəcək”

“Saxta COVID-19 pasportu alanlar istintaqdan yayına bilməyəcək, sadəcə geci, tezi var”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Diqqətə çatdırırıq ki, saxta COVID-19 pasportunun alınması Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət tərkibi yaradır. Bəzi insanlar saxta COVID-19 pasportu alaraq vaksin olunmur, özü yoluxaraq başqalarının da yoluxmasına səbəb olur.

Qeyd edim ki, bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir. Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Bütün bu halların baş verməməsi üçün insanlar saxta koronavirus pasportu almaqdan çəkinməli, qoyulan bütün qaydalara əməl etməli, özünün və başqalarının sağlamlığını qorumalıdır”, - DİN rəsmisi vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}