Məktəblər yenidən bağlanacaq?
Tarix: 27-10-2021 11:28 | Bölmə: Cəmiyyət
Məktəblər yenidən bağlanacaq?

Sosial şəbəkələrdə müzakirələr zamanı noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur.

Reyting.az
xəbər verir ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" verilişində bu iddiaların həqiqəti nə dərəcədə əks etdirməsinə münasibət bildirib

O deyib ki, hazırda belə qərar yoxdur: "Rəsmi onu deyə bilərəm ki, bu gün üçün belə bir qərar yoxdur. Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq. ÜST-ün tövsiyəsi ondan ibarətdir ki, təhsil müəssisələri sonda bağlanmalıdır".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq