20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans başlayıb - Fotolar
Tarix: 27-10-2021 19:12 | Bölmə: Cəmiyyət

Oktyabrın 27-də NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans öz işinə başlayıb.
Reyting.az xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 20-yə yaxın ölkəni, o cümlədən Türkiyə, ABŞ, Kanada, Polşa, Ukrayna, İsveç və Qazaxıstanı, müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA prezidenti, akademik Ramiz Mehdiyevin giriş nitqini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bir sıra mühüm aktual problemlərin müzakirəsi və həlli yollarının axtarışına həsr olunmuş beynəlxalq konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
IV sənaye inqilabının təsiri ilə dünyada yeni reallıqların meydana gəldiyini söyləyən AMEA-nın vitse-prezidenti Əşyaların İnterneti texnologiyalarının və kiberfiziki sistemlərin insan fəaliyyətinin bütün sferalarına - idarəetməyə, hərbi sahəyə, iqtisadiyyata, sənaye və kənd təsərrüfatına, rabitə və nəqliyyat infrastrukturuna, müxtəlif kritik fəaliyyət sahələrinə tətbiqi sayəsində bəşəriyyətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
İ. Həbibbəyli virtual məkanda potensial və mövcud olan təhlükələrlə, kiberhücumlarla mübarizə aparılması, etibarlı kibermüdafiə sisteminin yaradılması, milli və qlobal səviyyələrdə bütün növ resursların səfərbər olunması, beynəlxalq hüquq çərçivəsində yeni tənzimləyici mexanizmlərin işlənməsi, ölkələr arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, alimlərin məqsədyönlü araşdırmalar aparmalarının önəmindən bəhs edib. O, bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən çox əhəmiyyətli qərarların qəbul olunduğunu, müvafiq dövlət orqanlarının öz üzərlərinə düşən vəzifələri lazımi səviyyədə həyata keçirdiklərini diqqətə çatdırıb.

Vitse-prezident bildirib ki, yeni çağırışları və reallıqları əsas götürən AMEA-nın fəaliyyətinin yaxın gələcək üçün prioritet istiqamətlərindən biri də məhz IV sənaye inqilabının yaratdığı kompleks problemlərin tədqiq edilməsi, cəmiyyətin bütün sferalarının kompleks təhlükəsizliyinin təmin edilməsinin elmi-nəzəri problemlərinin araşdırılmasından ibarətdir.
İ. Həbibbəyli NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyilə keçirilən mötəbər konfransı Azərbaycan-NATO əməkdaşlığına mühüm töhfə kimi qiymətləndirib, buna görə NATO rəhbərliyinə Azərbaycan elmi ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.
O, həmçinin yüksək səviyyəli konfransın təşkilinə görə Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinə və AMEA İnformasiya Texnologiyaları İnstitutuna təşəkkür edib. Alim Polşa ilə Azərbaycanın dost və tərəfdaş ölkələr olduğunu, bu əlaqələrin dərin köklərə söykəndiyini söyləyib: “Kibertəhlükəsizlik sahəsində Azərbaycan və Polşa alimlərinin əməkdaşlığını yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün yüksək potensial mövcuddur”.

Nitqinin sonunda İ. Həbibbəyli “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfransın kibertəhlükəsizliklə mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, qabaqcıl biliklərin paylanması, xarici ölkələrin qabaqcıl elm mərkəzləri, universitetləri ilə gələcək əməkdaşlıq münasibətlərinin qurulması nöqteyi-nəzərindən çox böyük imkanlar yaradacağına əminliyini ifadə edib.
Daha sonra NATO-nun rəsmi nümayəndəsi James Appathurai, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Vüsal Xanlarov, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, Beynəlxalq Layihələr üzrə Koordinator, baş tədqiqatçı, professor Jacek Gajewski, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Cəfər Hüseynzadə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, ATƏT-in Orta Asiyada gömrük işi üzrə beynəlxalq eksperti, gömrük xidməti general-mayoru, texnika elmləri doktoru, professor İqbal Babayev, İnternet Şöhrət zalının çağırışçısı George Sadowsky, AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Stokholm Universitetinin professoru Oliver Popov çıxış edərək, tədbirin önəmindən bəhs edib, konfransın işinə uğurlar arzulayıblar.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev beynəlxalq tədbirin qonaqlarını, təşkilatçılar, iştirakçılar və media nümayəndələrini salamlayıb.
R. Əliquliyev belə bir mühüm konfransın təşkilində göstərdiyi dəstəyə görə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramına minnətdarlığını ifadə edib. Alim NATO ilə Elmlər Akademiyasının əməkdaşlığının 2003-cü ildə təsis edilmiş “Virtual ipək yolu” layihəsindən başlandığını söyləyib. O, bugünkü konfransda Industry 4.0 inqilabının çağırışları nəticəsində meydana çıxan Əşyaların İnterneti infrastrukturlarının, kiberfiziki sistemlərinin, bir sözlə, əməliyyat texnologiyalarının kibertəhlükəsizliyi problemlərinin müzakirəsi və həll yolları ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdırıb.
R. Əliquliyev qeyd edib ki, CPS-lərin kibertəhlükəsizliyi ənənəvi informasiya-kommunikasiya sistemlərinin kibertəhlükəsizliyindən fərqli olaraq, cəmiyyətin müxtəlif təyinatlı kritik texnoloji infrastrukturlarının dayanıqlı və etibarlı fəaliyyət göstərməsinin təmin olunması vəzifələrini qarşısına prioritet məqsəd qoyur.

Vtse-prezident konfransa təqdim olunan məruzələrin cəmiyyətin müxtəlif sferalarında süni intellekt və Əşyaların İnterneti texnologiyalarının geniş tətbiqini, onların kibertəhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan nəzəri və praktiki problemlərin araşdırılmasına həsr olunduğunu bildirib O, tədbir çərçivəsində səmərəli müzakirələrin aparılacağına, gələcək üçün yeni elmi layihələrin əsasının qoyulacağına inamını ifadə edib.
Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfransın seksiya iclaslarında “Kritik infrastrukturların kibertəhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Həssaslığın təhlili, yoxlanılması və risk menecmenti”, “Hücumların aşkarlanması, təsirinin azaldılması və qarşısının alınması” və s. istiqamətlər üzrə müzakirələr aparılacaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Dünən, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Dünən, 12:53
Sabah yağış yağacaq
Dünən, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Dünən, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Dünən, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz