Notarial sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiqlənməsi qaydası dəyişib
Tarix: 27-10-2021 23:50 | Bölmə: Cəmiyyət
Notarial sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiqlənməsi qaydası dəyişib

Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”na dəyişikliklər edib.

Reyting.az
 xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarı ilə müvafiq vəzifəli şəxs vəsiyyətnamə və etibarnamə təsdiqinə rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barəsində əsaslandırılmış qərar çıxarmalı və ondan müraciət verilməsi qaydasını izah etməlidir.

Eyni zamanda Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 4-cü bəndinin onuncu abzasında və 9-cu bəndinin ikinci abzasında “qətnamə” sözü “qərar” sözü ilə əvəz edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq