İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı kişi və qadın skeleti tapılıb - Video
Tarix: 28-10-2021 11:25 | Bölmə: Cəmiyyət
İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı kişi və qadın skeleti tapılıb

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində insan skeletləri aşkarlanıb.

Reyting.az
APA TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb.

Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.

Şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını eksqumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib.

Skeleti tapılan şəxslərin kimliyi araşdırma başa çatdıqdan sonra məlum olacaq.

Skeletlər qolları məftillə bağlanmış vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Ağdam şəhəri və 7 km yaxınlığındakı Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub. Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalıb. Bu da o deməkdir ki, bu skeletlər girov düşmüş vətəndaşlara aid ola bilər.






Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq