Gələn il qəbul imtahanları iki mərhələdə keçiriləcək
Tarix: 28-10-2021 12:40 | Bölmə: Cəmiyyət
Gələn il qəbul imtahanları iki mərhələdə keçiriləcək

“Gələn il qəbul imtahanlarının iki mərhələdə keçirilməsi planlaşdırılır”.

Reyting.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi səbəbindən əlavə olunan coğrafiya fənninin məzmunları II qrupla demək olar, eyni olacaq: “Pandemiya şərtləri imkan versə, gələn il qəbul imtahanlarında həm yaz, həm də yay sessiyasını keçirmək istəyirik. Hər iki sessiyada coğrafiya fənnindən də imtahan keçirmək fikrindəyik”.

DİM sədri bildirib ki, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi qəbul imtahanı ilə əlaqəli müsabiqə vəziyyətinə elə də təsir etməyəcək.

M. Abbaszadə deyib ki, III qrup üzrə dəyişikliklə bağlı 1 300 yer əlavə olunacaq: “Dəyişiklik III qrupdakı gərginliyi bir növ aşağı salacaq. Bu da 300 bal toplayıb ali məktəblərə qəbul olmayanlar üçün şans deməkdir. Yuxarı reytinqli ixtisaslarda vəziyyət olduğu kimi qalacaq”.

DİM sədri deyib ki, xarici dildə təhsil almaq istəyənlər üçün Azərbaycan dili imtahanının məzmun və istifadə olunan sualların səslənmə forması bu dəfə keçiriləcək qəbul imtahanlarında tətbiq olunacaq: "Pandemiya səbəbindən əvvəlki illərdə səsləndirmə məsələsi təxirə salınmışdı. III qrupda olan dəyişiklik səbəbindən yəqin ki, coğrafiya fənni üzrə imtahan ayrı olacaq".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq