Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi tutulub
Tarix: 28-10-2021 12:54 | Bölmə: Cəmiyyət
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi tutulub

Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi aşkarlanıb.

Reyting.az
DİN-ə istinadla bildirir ki, Suraxanı rayonunda 132 saylı marşrutda aktiv koronavirus xəstəsi, 1972-ci il təvəllüdlü Həmid Bayramov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

H.Bayramov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq