Dağlıq rayonlarda qar yağacaq, sel gözlənilir - Hava ilə bağlı xəbərdarlıq
Tarix: 28-10-2021 16:40 | Bölmə: Cəmiyyət
Dağlıq rayonlarda qar yağacaq, sel gözlənilir

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir.

Reyting.az x
əbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin qeyri-sabit keçəcəyi barədə yaydığı xəbrədarlıqda deyilir.

Bildirilib ki, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 01-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq