23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Qəhvəni çox içmək əqli zəifliyə aparır
Tarix: 15-01-2022 11:59 | Bölmə: Cəmiyyət
Qəhvəni çox içmək əqli zəifliyə aparır

Amerikalı dietoloqların gəldiyi qənaətə görə, alkoqola, şirin qazlı içkilərə və qəhvəyə aludəçilik beynin zədələnməsi və onun funksiyalarının pozulması ilə nəticələnə bilər.

“Eat This, Not That!” portalı sahənin mütəxəssislərinin maraq doğuran açıqlamasını izləyiciləri ilə bölüşüb: “Böyük miqdarda alkoqol qəbulu beyindəki neyronları sürətlə məhv edir və buna görə fasiləsiz içki məclisləri boz hüceyrələrə ciddi zərər verir”.

Qərbli dietoloqların fikrincə, oxşar vəziyyəti qəhvəyə də şamil etmək mümkündür. Az və kiçik dozalarda qəhvə qəbulu beynin funksiyasına gümrahlaşdırıcı təsir göstərir, fəqət ondan çox miqdarda və həddən artıq istifadə əks təsirlərə səbəb olur: “Gün ərzində altı fincandan artıq qəhvə içmək beynin ölçüsünün kiçilməsinə və əqli zəifliyin əmələ gəməsinə aparıb çıxarır”.

Bundan başqa, alimlər aşkar ediblər ki, qazlı şirin şirələrin tərkibində hədsiz miqdarda olan şəkər beyin hüceyrələrinə öldürücü təsir göstərir. Onların apardıqları tədqiqatlar nəticəsində gəldikləri ümumi qənaətə görə, bu içkilər beynin ön dərisində mənfi effektlər yaradır və onun ölçüsünü kiçildir. Gün ərzində içilən 3-4 stəkan qazlı su ömrü 5, 7 il, bundan daha çox miqdarda sərinləşdirici içki qəbulu isə ömrün 11 ilini gödəltməyə qadirdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}