Azərbaycanda iki koronavirus vaksini ilə bağlı araşdırmaların nəticəsi açıqlanıb
Tarix: 14-02-2022 12:42 | Bölmə: Cəmiyyət
Azərbaycanda iki koronavirus vaksini ilə bağlı araşdırmaların nəticəsi açıqlanıb

“Həm Azərbaycan, həm də Rusiyada 100 nəfərin iştirakı ilə aparılan araşdırmada preparatların kombinasiyası təhlükəsizliyin optimal profili və dözümlüyünü nümayiş etdirdi ki, bu da “AstraZeneca”, “Sputnik V” və “Sputnik Layt” vaksinlərinin təhlükəsizlik üzrə öncəki klinik araşdırmalarının nəticələri ilə üst-üstə düşür”.

Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondundan bildirilib.

Qurumdan qeyd olunub ki, “AstraZeneca” və “Sputnik V” – “Sputnik Layt” peyvəndlərinin birinci komponentinin kombinasiyası təhlükəsizliyini qiymətləndirən klinik tədqiqatların ikinci mərhələsinin aralıq nəticələri arasında ciddi mənfi hallar aşkarlamayıb.

“Könüllülərin monitorinqi ilk aşıdan sonra 57 gün davam edib və preparatların kombinasiyası üçün yüksək təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Tədqiqat zamanı peyvəndlə bağlı heç bir ciddi mənfi hal aşkar edilməyib”, - tədqiqatın müəllifləri vurğulayıblar.

Tədqiqat çərçivəsində könüllülərə 28 gün fasilələrlə müxtəlif ardıcıllıqla “AstraZeneca” və “Sputnik V” peyvəndlərinin “Ad26-S” komponenti əzələdaxili yeridilir/Report.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər