Türkiyədə “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək
Tarix: 15-02-2022 11:58 | Bölmə: Cəmiyyət
Türkiyədə “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən İstanbul Universitetində “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək.

Reyting.az
xəbər verir ki, 26 fevralda Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası baş tutacaq.

26 fevral 2022-ci ildə İstanbul Universitetində başlayacaq kampaniyanın əsas məqsədi başda “Twitter” olmaqla, bütün sosial şəbəkələrdə o günün anlam və önəminin dünyaya çatdırılmasıdır.

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər müxtəlif dillərdə (əsasən, türk və ingilis) həştəqlər ilə sosial şəbəkələrdə trendə daxil olmağı hədəfləyirlər.

Saat 11:00-da başlayacaq kampaniyaya millət vəkilləri, elm adamları, ictimai xadimlər və digər tanınmış şəxslər qatılacaqlar.

Layihənin məqsədi Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyasına dəstək olmaq və bu istiqamətdə sosial şəbəkələrdə beynəlxalq kampaniya təşkil etmək, Xocalı Soyqırımı barədə beynəlxalq ictimaiyyət məlumatlandırmaq və Sosial şəbəkələrdə Xocalı soyqırımı ilə bağlı həştəqlərin trend olmasından ibarətdir.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər