Elmar Vəliyevin qardaşının 1 milyon manatını mənimsəyiblər
Tarix: 15-02-2022 13:10 | Bölmə: Cəmiyyət
Elmar Vəliyevin qardaşının 1 milyon manatını mənimsəyiblər

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin qardaşı, "Azneftemash" zavodunun prezidenti Şahmar Vəliyevə qarşı külli miqdarda dələduzluq edilib.

Reyting.az
-ın “Kriminalqafqaz”a istinadla verdiyi məlumata görə, tanışı Cəfər Əliyev iş adamı Şahmar Vəliyevdən biznes qurmaq adı ilə 1 milyon manata yaxın pul alıb.

O, İrandan boru gətizdirib Azərbaycanda satacaqlarını və yaxşı gəlir əldə edəcəklərini vəd edib. Lakin onun vədinə əməl etməyərək aldığı 986 min manat pulu mənimsədiyi iddia olunur.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanıb.

Cəfər Əliyev təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən başqa daha 4 zərərçəkmiş var. Zərərçəkmişlərə vurulan ümumi ziyanın miqdarı 1,8 milyon manata yaxındır.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər