Audiovizual Şuranın qərarları normativ hüquqi akt sayılacaq
Tarix: 15-02-2022 14:12 | Bölmə: Cəmiyyət
Audiovizual Şuranın qərarları normativ hüquqi akt sayılacaq

Azərbaycan Respublikasının Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktlara uyğunlaşdırılma xarakterli dəyişiklik edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının normativ xarakterli aktları sırasına Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları əlavə edilir. Bundan əvvəl, bu sırada Milli Televiziya və Radio Şurasının qərarları yer alırdı.

Eyni zamanda Hüquqi Aktların Dövlət Reyestrinin strukturuna dəyişiklik edilir. Hüquqi Aktların Dövlət Reyestrinə Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları da əlavə edilir.

Qeyd edək ki, “Media haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar bir sıra normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılması zərurəti yaranıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər