Baş Prokurorluq Tovuzda baş verən qətllə bağlı məlumat yayıb
Tarix: 15-02-2022 15:38 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq Tovuzda baş verən qətllə bağlı məlumat yayıb

Baş Prokurorluq Tovuzda baş verən qətllə bağlı məlumat yayıb.

Reyting.az
xəbər verir ki, məlumatda deyilir:

"Fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin öldürülməsi faktı ilə bağlı Tovuz Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin atası Ceyhun Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açmaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir".




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}