Qarabağ savaşında yaralanan 2659 hərbçiyə əlillik təyin edilib
Tarix: 16-02-2022 17:17 | Bölmə: Cəmiyyət
Qarabağ savaşında yaralanan 2659 hərbçiyə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini aidiyyəti qurumlarla birgə davam etdirir.

Nazirlikdən Reyting.az-a verilən xəbərə görə, həmin şəxslərdən artıq 2659 şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.

Əlillik təyinatı ilə əlaqədar onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və 5300-dən çox aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdü və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyası) təyinatı aparılıb.

Agentliyin həkim-ekspertləri Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır.

Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə şəhadətnamələr və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Son mərhələdə əlilliyin qiymətləndirilməsi aparılaraq qərar verilir.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər