Keçmiş nazir dövlət xəstəxanasına sahiblənib - Foto
Tarix: 17-02-2022 08:32 | Bölmə: Cəmiyyət
Keçmiş nazir dövlət xəstəxanasına sahiblənib

Respublika Diaqnostika Mərkəzinin yeni qanuni təmsilçisinin adı müəyyənləşib.

Reyting.az
“Qaynarinfo”ya istinadla xəbər verir ki, nizamnamə kapitalı 2 milyon 415 min 646 manat olan Respublika Diaqnostika Mərkəzinin qanuni təmsilçisi Azərbaycanın keçmiş Səhiyyə naziri Şirəliyev Oqtay Kazım oğludur.

Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzinin saytında hələ də baş direktor Rəşid Vəzirov göstərilir.

Xatırladaq ki, bir müəddət əvvəl Oqtay Şirəliyevin Respublika Diaqnostika Mərkəzinin baş direktoru təyin olunması ilə bağlı məlumat yayılmışdı.

Oqtay Şirəliyev 1988-2005-ci illərdə Respublika Diaqnostika Mərkəzinin direktoru olub. 20 oktyabr 2005-ci ildən 23 aprel 2021-ci ilə qədər isə Səhiyyə naziri vəzifəsini tutub.





Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər