Sumqayıt, Xaçmaz, Lənkaran və Lerikdə ağacların kəsilməsi ilə bağlı 5 cinayət işi açılıb
Tarix: 17-02-2022 17:54 | Bölmə: Cəmiyyət
Sumqayıt, Xaçmaz, Lənkaran və Lerikdə ağacların kəsilməsi ilə bağlı 5 cinayət işi açılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Sumqayıt, Xaçmaz, Lənkaran və Lerik rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.

Reyting.az
xəbər verir ki, dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə və meşə fonduna aid olan ağacların kəsilməsi faktları təsdiqini tapıb.

Qanunsuz ağackəsmə hallarına aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlankar yanaşması nəticəsində yol verilməsi müəyyən edilib. Cinayət işləri Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1 (səhlənkarlıq) maddələri ilə başlanılaraq istintaqın aparılması üçün rayon və şəhər prokurorluqlarına, eləcə də daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər