Heydər Əliyev Fondu Bolqarıstanda xeyriyyə aksiyası keçirib
Tarix: 18-02-2022 13:22 | Bölmə: Cəmiyyət
Heydər Əliyev Fondu Bolqarıstanda xeyriyyə aksiyası keçirib

COVID-19 pandemiyası əleyhinə həyata keçirilən beynəlxalq səylərə töhfə qismində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstan Respublikasının Sofiya şəhərində yerləşən “Həkimlərin İxtisaslaşması və Təkmilləşdirilməsi İnstitutu – Tsaritsa Yoanna xəstəxanası”na 10 ədəd Almaniya istehsalı oksigen konsentratoru aparatları (ağciyərlərin süni havalandırma aparatları) təqdim edilib.

Səfirlikdən Reyting.az-a verilən xəbərə görə, Bolqarıstan Respublikası hökumətinin nümayəndələri və Səhiyyə Nazirliyinin rəhbərliyinin iştirakı ilə keçirilmiş xeyriyyə tədbirinin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynov bu xeyriyyə addımının COVID-19 pandemiyası ilə qlobal mübarizəni dəstəkləmək üçün Azərbaycanın həyata keçirdiyi növbəti beynəlxalq həmrəylik tədbiri təşkil etdiyini vurğulayıb.

Bolqarıstan Respublikasının səhiyyə naziri tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar Bolqarıstanda yaşanan hazırkı kritik şəraitdə koronovirus infeksiyasına yoluxmuş insanların həyatının qorunması və onlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi baxımından Heydər Əliyev Fondunun bu xeyriyyə addımın olduqca vaxtında atıldığı və yüksək təqdirəlayiq hal olduğu diqqətə çatdırıb.

Qeyd edək ki, xeyriyyə aksiyası Bolqarıstanın yerli televiziya və radio kanalları, həmçinin çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.





Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər