AMEA-nın sabah Ümumi yığıncağı keçiriləcək
Tarix: 18-02-2022 16:04 | Bölmə: Cəmiyyət
AMEA-nın sabah Ümumi yığıncağı keçiriləcək

Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva bildirib ki, iclasın gündəliyi də artıq məlumdur.

O bildirib ki, gündəliyə yalnız bir məsələnin müzakirəsi daxil edilib, bu da kadr dəyişikliyidir.

A.Balayeva əlavə edib ki, iclasın dəqiq hansı saatda olacağı hələlik dəqiqləşməyib:

"Çünki hələ də iştirakçıların sayı dəqiqləşdirilir. Mətbuat nümayəndələrinin iclasa buraxılması nəzərdə tutulmayıb. İclas bitdikdən sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək".




Bölməyə aid digər xəbərlər
Dünən, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq