Ukraynadan bir qrup azərbaycanlı Vətənə yola düşüb
Tarix: 28-02-2022 16:50 | Bölmə: Cəmiyyət
Ukraynadan bir qrup azərbaycanlı Vətənə yola düşüb

Ukraynada yaranmış vəziyyətlə əlaqədar ölkəni tərk edərək Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb.

Məlumata görə, ilk növbədə qadın və uşağların evakuasiyası üçün şərait yaradılır, bu gün Kişineudan daha 72 nəfər azərbaycanlı İstanbul aviareysi ilə yollanıblar.

Kişineuda qalan azərbaycanlılar üçün yerli hökumət tərəfindən qalmaları üçün düşərgə yaradılıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Ruminiya istiqamətlərində tərk edə bilərlər.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər