Baş Prokurorluq Göyçayda 21 yaşlı qızın qaçırılması ilə bağlı məlumat yayıb
Tarix: 01-03-2022 12:10 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq Göyçayda 21 yaşlı qızın qaçırılması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Göyçayda 21 yaşlı qızın evlənmək məqsədiylə qaçırılaraq tövlədə əlləri və ağzı bağlı formada saxlanılması barədə məlumat yayıb.

Reyting.az
xəbər verir ki, açıqlamada deyilir:

"Fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.

Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə istintaq davam edir".




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}