Nazir nöqsana yol verən rəis müavinini vəzifədən çıxarıb
Tarix: 02-03-2022 14:07 | Bölmə: Cəmiyyət
Nazir nöqsana yol verən rəis müavinini vəzifədən çıxarıb

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə Bakının Nizami Rayon Polis İdarəsində aparılan xidməti yoxlama yekunlaşıb.

Reyting.az
“qafqazinfo”ya istinadla xəbər verir ki, yoxlama rayon ərazisində xidmətin zəif təşkil edilməsi və yol verilən nöqsanlar səbəbi ilə başlanılıb.

Yekunda pozuntulara görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşviq Aslanov vəzifəsindən azad olunub. Həmçinin, daha bir neçə yüksək vəzifəli şəxs cəzalandırılıb.

Hazırda xidməti yoxlama davam edir.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər