800-ə yaxın azərbaycanlının Polşaya təxliyəsi planlaşdırılır
Tarix: 02-03-2022 14:49 | Bölmə: Cəmiyyət
800-ə yaxın azərbaycanlının Polşaya təxliyəsi planlaşdırılır

Bu günə kimi 600-dən çox azərbaycanlı Polşa sərhədini keçib. Bu gün isə 800-ə yaxın azərbaycanlının Polşaya keçməsi planlaşdırılır”.

Bunu Polşada azərbaycanlılara dəstək olan diaspor rəhbəri Fərid Cəfərli deyib.

O bildirib ki, təxliyə olunanlardan 100-130 nəfəri Varşavada yerləşdirilib: “Bizim Krakov şəhərində də nümayəndəmiz var. Orada da 50-dən çox həmvətənimiz yerləşdirilib. Onların arasında Aəzrbaycana təxliyə edilənlər də var. Şənbə gününə çarter reysi gözlənilir. Biz burada olan soydaşlarımızı yerlə və qida ilə təmin etmişik. Ümumiyyətlə, 50 nəfərə yaxın şəxs Azərbaycana gedib. Bir çoxlarının Polşada qohumları və qalmağa yerləri olduqlarından burada qalıblar".




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər