Prokuror keçmiş Aparat rəhbərinə 11 il həbs cəzası istəyir
Tarix: 02-03-2022 15:00 | Bölmə: Cəmiyyət
Prokuror keçmiş Aparat rəhbərinə 11 il həbs cəzası istəyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Əjdər Cəbiyevin verilmiş ittihamlarla təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər