AMEA əməkdaşlarının attestasiyası keçirilir
Tarix: 03-03-2022 15:23 | Bölmə: Cəmiyyət
AMEA əməkdaşlarının attestasiyası keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında işçilərin attestasiyası keçirilir.

Reyting.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev bildirib.

Onun sözlərinə görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunda hazırda bu proses davam edir:

“Attestasiya zamanı AMEA-nın əməkdaşlarının qarşısına qoyulan vəzifələrə yenidən baxılır, işinin səmərəliliyi müəyyən edilir. Bu proseslər zamanı yerdəyişmələr ola bilər. Daxili tənzimləmə məqsədi daşıyan attestasiya bizə kömək edir ki, dəyişən elmi prioritetlərə uyğun olaraq kadrları yenidən yerləşdirək və strukturu təzədən formalaşdıraq. İntellektual resursların düzgün yerləşdirilməsi birbaşa elmin inkişafına hesablanıb”- o bildirib.

Qeyd edək ki, biologiya və tibb elmləri bölməsinə daxil olan elmi tədqiqat müəssisələrində də hazırda attestasiya keçirilir.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}