Bu gün Odessadan 100-dən çox azərbaycanlı təxliyə olunacaq
Tarix: 04-03-2022 10:52 | Bölmə: Cəmiyyət
Bu gün Odessadan 100-dən çox azərbaycanlı təxliyə olunacaq

Bu gün Odessa şəhərindən 100-dən çox azərbaycanlının təxliyəsi gözlənilir.

Reyting.az
-ın xəbərinə görə, bu barədə APA-ya Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, təxliyə prosesi davam edir: “Dünən 170 soydaşımız təxliyə edilib. Bu gün isə 100-dən çox azərbaycanlının təxliyəsi üçün 2 avtobus ayrılıb”.

Rövşən Quliyev qeyd edib ki, dünən şəhərdən təxminən 30 km məsafədə yerləşən ərazilər qırıcılar vasitəsi ilə atəşə tutulsa da, Odessada yaşayan soydaşlarımız arasında ölən və yaralanan yoxdur.

Qeyd edək ki, təxliyə olunacaq azərbaycanlılar Moldova sərhədinə çatdırılacaq.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər