Media üçün dövlət rüsumu10 dəfə azaldılır
Tarix: 04-03-2022 14:25 | Bölmə: Cəmiyyət
Media üçün dövlət rüsumu10 dəfə azaldılır

Milli Məclis Azərbaycanda media üçün dövlət rüsumunun 10 dəfə azaldılmasına dair layihəni I oxunuşda təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 22-ci maddəsinə (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini tapıb. Müvafiq düzəlişləri nəzərə alaraq “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilir.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər