Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu verib
Tarix: 04-03-2022 16:22 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu verib

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi Palatasının iclasında qərardad qəbul olunub.

Bildirilib ki, Baş Prokurorluq Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinin şərh edilməsini istəyir.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 4-nə təyin edilmiş iclasında baxılacaq.

Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsində deyilir: "Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır".




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər