Yerli hakimiyyət iddialarla razılaşmır
Tarix: 04-03-2022 20:00 | Bölmə: Cəmiyyət
Yerli hakimiyyət iddialarla razılaşmır

Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovun tapşırığı ilə şəhər mərkəzindəki 0,60 hektar ərazini əhatə edən yaşıllıq ərazisinin - parkın satışa çıxarıldığı iddia olunur.

Demokratik.az-ın məlumatına görə, sözügedən ərazidəki bir neçə ağac məhv edilib, Yardımlının Köryədi ərazisinin yola yaxın hissəsində bir neçə yüz kv.metrlik sahənin satılmasına hazırlıq gedir. İddiaya görə, icra başçısı həmin ərazini Yardımlı rayon sakini Seyfəddin Alışanova satmaq istəyir.

Yerli hakimiyyət isə ittihamlarla razılaşmır. Bildirilir ki, Yardımlı rayon Qabaqdibi kənd sakini, şəhid atası Alışanov Seyfəddin Seyfulla oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılması ilə bağlı RİH-nə müraciət edib. Araşdırma zamanı aydın olub ki, S. Alışanovun istədiyi ərazi Yardımlı Rayon Polis Şöbəsinin inzibati ərazisinə daxildir. Ona görə də S. Alışanova digər yerdən torpaq sahəsi ayrılıb: “S. Alışanov rayon polis şöbəsinin ərazisində cüzi torpaq işləri aparıb və ona müvafiq izahat verildikdən sonra həmin ərazidə torpaq işlər dayandırılıb”.

Bildirilir ki, vətəndaşa Köryədi bələdiyyəsinə aid digər ərazidən torpaq sahəsi ayrılıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər