Lisenziyasız fəaliyyət göstərən üç stomatoloji məntəqə ilə bağlı tədbir görülüb
Tarix: 05-03-2022 16:07 | Bölmə: Cəmiyyət
Lisenziyasız fəaliyyət göstərən üç stomatoloji məntəqə ilə bağlı tədbir görülüb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər ərazisində qanunsuz fəaliyyət göstərən bir neçə stomatoloji məntəqə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, yoxlamalar zamanı şəhərin N.Nərimanov, M.Maqomayev prospektləri və Energetiklər qəsəbəsində yerləşən ümumilikdə üç stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Orada çalışan şəxslərin əməllərində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci ( Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində polis əməkdaşları tərəfindən akt tərtib olunaraq baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər