Solovyovun İtaliyada iki villası müsadirə olunub
Tarix: 05-03-2022 16:51 | Bölmə: Cəmiyyət
Solovyovun İtaliyada iki villası müsadirə olunub

İtaliya maliyyə polisi Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş dörd məşhur rusiyalının azı 140 milyon avro dəyərində villa və yaxtalarını müsadirə edib.

Reytıng.az
xəbər verir ki, bu barədə "The Insider" İtaliya maliyyə polisindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, milyarder iş adamı Əlişir Usmanova məxsus, Aralıq dənizinin Sardiniya adasındakı bir və Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyova məxsus, Komo gölündəki 2 villa müsadirə olunub.

Bundan əlavə, mənbə Rusiyanın ən zəngin adamları Aleksey Mordaşova və Gennadi Timçenkoya məxsus yaxtaların bir gecədə İtaliyanın şimalındakı limanlarında saxlanıldığını təsdiqləyib.(APA)




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər