Teleaparıcı Solovyov daha bir sanksiya ilə üzləşib
Tarix: 08-03-2022 09:58 | Bölmə: Cəmiyyət
Teleaparıcı Solovyov daha bir sanksiya ilə üzləşib

“YouTube” rusiyalı teleaparıcı Vladimir Solovyovun bir milyondan çox abunəçisi olan “Solovyev Live” kanalını bloklayıb.

Xatırladaq ki, Ukraynaya təcavüzlə əlaqədar bir sıra ölkələr Rusiyanın həm dövlət qurumlarına və şirkətlərinə, həm də ayrı-ayrı şəxslərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısında Vladimir Solovyov da var.

Vladimir Solovyov son günlər Ukrayna əleyhinə təbliğat aparırdı. Buna görə də Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa İttifaqı adını “qara siyahı”ya salıb, İtaliyanın maliyyə polisi isə onun azı 140 milyon avro dəyərində olan villa və yaxtalarını müsadirə edib.

Onu da qeyd edək ki, Solovyov həm də ermənipərəst olması ilə seçilir. O, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı da çirkin kampaniya aparırdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər