09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Qarabağda daha 129,8 hektar ərazi minalardan təmizlənib
Tarix: 09-03-2022 11:28 | Bölmə: Cəmiyyət
Qarabağda daha 129,8 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Reyting.az-a verilən məlumata görə, martın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 39 mina və 36 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 129,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq