00:50 / 12-11-2025
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib)
00:11 / 12-11-2025
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
00:06 / 12-11-2025
Jurnalistlər Birliyinin sədr müavini dünyasını dəyişib
22:18 / 11-11-2025
Türkiyənin hərbi təyyarəsi qəzaya uğrayıb - Əliyev Ərdoğana başsağlığı verib - (Yenilənib)
20:48 / 11-11-2025
Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyir
18:59 / 11-11-2025
Əli Əsədov İrakli Kobaxidzeyə zəng edib
18:48 / 11-11-2025
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
12:24 / 11-11-2025
Zukerberqin qeyri-qanuni məktəbini bağlayıblar
12:13 / 11-11-2025
Yeni avtomobil dünya rekordu qazanıb
10:59 / 11-11-2025
Rusiyalı milyarder və arvadı qətlə yetirilib
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
23:09 / 10-11-2025
Neftçala bazarında baş verən yanğın söndürülüb
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
15:55 / 10-11-2025
Toy karvanında ağır qəza: ölən və yaralı var - Foto
13:00 / 10-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
11:39 / 10-11-2025
Dönərdən 7 nəfər zəhərlənib
11:38 / 10-11-2025
Bakıda ər arvadını balta ilə öldürüb, sonra özünü asıb
09:06 / 10-11-2025
Azərbaycan ərazisində zəlzələ olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
15:58 / 09-11-2025
İtkin düşən 17 yaşlı şəxs tapılıb - Foto
15:52 / 09-11-2025
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
14:18 / 09-11-2025
Sabahın hava proqnozu açıqlanıb
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
14:55 / 07-11-2025
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
Ən təhlükəli viruslar
Tarix: 04-03-2022 15:53 | Bölmə: Cəmiyyət

Dünya əhalisinin hər üç nəfərindən biri hepatitdən əziyyət çəkir. 2 milyarda yaxın insan bu xəstəliklə mübarizə aparır. Hər il dünyada 1,5 milyon insan hepatit B və C virusundan dünyasını dəyişir.
Hepatit həqiqətənmi qorxulu xəstəlikdir? İnsan bu xəstəliyə necə yoluxur? Hepatitin müalicəsi və virusdan qorunma yolları nədir?
Hepatitin növləri
Hepatit - qaraciyərin iltihabi xəstəliyidir. Bu xəstəlik yanlış qidalanma, alkoqol və enerji içkilərinin qəbulu, nəzarətsiz dərman qəbulu, virusla yoluxma zamanı yarana bilər. Bu zaman qaraciyər toxumasında zədələnmə meydana gəlir və buna cavab olaraq orqanizmdə iltihabi reaksiya başlayır. İltihabi reaksiya zədələnməni aradan qaldırmağa çalışır, amma bununla yanaşı, qaraciyərin sağlam hissəsini də zədələyə bilir. Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin bir neçə növü var.
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramovun sözlərinə görə, hepatit müxtəlif səbəblərdən yaranır. Bunlardan birincisi virusların yaratdığı hepatitlərdir. Viral hepatitlərə A, B, C, Delta və son dövrlər rast gəlinən hepatit E, G-ni misal göstərmək olar: “İkincisi, alkoqol mənşəli hepatitlərdir. Alkoqol qaraciyəri ən çox zədələyən alimentar faktorlardan biridir. Üçüncü yerdə dərmanlar durur. Bir çox dərmanların istifadəsi ciddi dərman hepatitinə gətirib çıxara bilir. Qaraciyərə daxil olan və ya qaraciyərdən çıxan damarların tıxanması, autoimmun amillər, anadangəlmə və qazanılmış metabolik xəstəliklər o cümlədən, piylənmə və şəkərli diabet hepatitə səbəb ola bilir”.
Hepatit hansı yolla yayılır?
Hepatit A və E virusu bağırsaq infeksiyaları kimi, çirkli əllər, su və qida ilə yayılır. Hepatit B, C, D isə qanla yayılır. Xəstəliyin əlamətlərinə gəlincə, virusa yoluxan adamda iştahsızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıq olur. Bəzi hallarda virus mədə nahiyəsində ağrı, göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilir.
Professor Nuru Bayramovun sözlərinə görə, hepatit A virusuna uşaqlarda daha çox rast gəlinir. Bu zaman orqanizm özü-özünü sağalda bilir: “Buna xalq arasında “sarılıq” da deyilir. Çox nadirən pulmonar hepatitə keçə bilər”.
Həkim bildirir ki, hepatit qan analizi ilə müəyyən edilir. Qaraciyərin funksional testləri adlanan göstəricilərdə dəyişikliklər varsa (ALT, AST, bilirubin, QF, QQT) hepatiti göstərir: “Xəstəliyin yaranma səbəbini müəyyənləşdirmək üçün anamnez, virus testləri, metabolik, autoimmun testlər və görüntüləmə müayinələri aparılır. Ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün isə klinik əlamətlər və spesifik qan testləri nəzərə alınır”.
Yaranma səbəbindən asılı olmayaraq, həkimlər hepatitin müalicəsi zamanı pəhrizin çox vacib olduğunu deyirlər. Pəhrizin əsas vəzifəsi qaraciyərin bərpasına kömək etməkdən ibarətdir. Hepatit xəstəliyi olan insanlar avitaminozlardan əziyyət çəkir. Bu səbəbdən belə xəstələr vitaminlərlə zəngin olan qidalara üstünlük verməlidir.
Hepatit B və C - ən təhlükəli viruslar
Dünyada orta hesabla 3 faiz insan hepatit B, 2 faiz insan isə hepatit C-dən əziyyət çəkir. Bu viruslar hepatitlər arasında ən təhlükəlisi hesab olunur və müalicəsi daha çətindir. Hepatit B virusu insana parenteral yollarla keçə bilir. Yəni, yoluxmuş qan və qan məhsullarının köçürülməsi, damardaxili narkotik istifadəçilərinin eyni şprisi istifadəsi və s. nəticəsində yoluxma riskinin artması, stomotoloji və kosmetoloji manipulyasiyalarla hepatit B virusuna yoluxmaq mümkündür. Hepatit B cinsi yolla da yayılır. Bundan başqa, anadan uşağa keçir. Eləcə də, virusun tüpürcək və sidikdə olması da yoluxmanın sürətlə artamasna səbəb olur. Ona görə də ailə içi yoluxma da çox yüksəkdir.
Hepatitlərin müalicəsi mürəkkəb prosesdir. Müalicədən sonra qalan fəsadlar da ağır olur: qaraciyər sirrozu və xərçəngi ilə nəticələnə bilər. Professor N. Bayramov hepatit B viruslu xəstələri 3 istiqamətə ayırır. Birincisi, hepatit B virusunu keçirib və tam sağalıb, ikincisi, el arasında deyildiyi kimi daşıyıcıdır: “Biz buna tibbi dildə inaktiv hepatit B deyirik. Bu xəstələrə heç müalicə də lazım deyil, sadəcə, müşahidə altında saxlayırıq. Üçüncüsü, xroniki hepatit B xəstələridir. Onlara dərman müalicəsi təyin olunur ki, virus qaraciyərə zərər verib, sirroza gətirib çıxarmasın”.
Qaraciyər sirrozuna səbəb olan virus
Qeyd edək ki, qaraciyər sirrozu dünyada çox rast gəlinən xəstəliklər sırasındadır. Sirroz qaraciyərdə fibroz toxumanın inkişafı və düyünləşmənin əmələ gəlməsi ilə xarakterizə olunur. Sadə dildə desək, sirroz qaraciyərin bərkiməsi, hüceyrələrin düzülüşünün pozulmasıdır. Professor N. Bayramovun sözlərinə görə, bu xəstəliyin vaxtında aşkar olunaraq, müalicə edilməsi çox vacibdir: “Düzdür, hələlik hepatit B-nin tam müalicəsindən söhbət getmir, amma ən azı bunun səviyyəsini endirmək, qaraciyərin zədələnməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görülə bilər. Yəni, hətta sirroz mərhələsində də səbəb aradan qaldırılarsa, proses stabilləşir, yaxşılaşma baş verir. Lakin, səbəb aradan qaldırılmazsa, proqressivləşmə davam edir, varikoz, qanaxma, assit, qaraciyər yetməzliyi kimi ağırlaşmalar və qaraciyər xərçəngi meydana çıxa bilir”.

Xəstəliyin digər təhlükəli növü hepatit C-dir. Hepatit C uzun müddət orqanizmdə qalır və sonradan ciddi fəsadlar törədir. Əvvəlcə fəal başlayan xəstəlik əksər hallarda səssiz və lal gedişi ilə müşahidə edilir. Virus bədənə daxil olduqdan fəsad törətdiyi ana qədər heç bir əlamət, şikayət verməyə bilər, yəni xəstə özünü sağlam hiss edir. Aktiv hepatit C keçirən xəstələrin təxminən 20 faizi tamamilə normal vəziyyətə qayıtsa da, onların çoxunda hepatit C virusu qandan təmizlənmir və xroniki hala çevrilir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Hazırda hepatit C-nin müalicəsi ilə bağlı çox böyük inkişaf var. Ümumdünya Səhiyyə Təşkilatının məlumata görə, dünya əhalisinin ən azı 4 faizi hepatit C virusuna yoluxub. Əvvəllər xəstələrin yalnız 1%-dən azı müalicə oluna bilirdisə, artıq hepatit tam müalicə oluna bilən xəstəlikdir.
Yağlanma da hepatit yaradır
Son zamanlar yağlanma ilə bağlı hepatitlərə daha çox rast gəlinir. Piylənmə və artıq çəki hazırda epidemiya halını alıb və inkişaf etmiş ölkələrin əhalisinin təxminən 30 faizində artıq çəki və piylənməyə rastlanır. Piylənməsi olanların 60-70 faizində qaraciyər yağlanması, 30 faizində isə yağlanmaya bağlı hepatit var. Yağlanmaya bağlı hepatitlər də öz növbəsində xronikləşir. Öncə fibroza, daha sonra sirroza və nəhayət, qaraciyərin xərçənginə gətirib çıxara bilir.
Hepatitin müayinə və müalicə üsullarına gəlincə, ən çox istifadə edilən üsul genetik laboratoriya analizləridir. Virus hepatitlərinin müalicəsi zamanı orqanizmin vəziyyəti əvvəlcədən qiymətləndirilir, yəni orqanizmin dərmanlara dözümlülüyü yoxlanılır. Biotənzimləyici preparatlar vasitəsilə orqanizmin bütün orqan sistemlərinin təmizlənməsi həyata keçirilir. Virusdan sonra qaraciyər sirrozu, xərçəng riski kimi fəsadları azaltmaq məqsədilə altı aydan bir və yaxud ildə bir dəfə biotənzimləyici preparatlarla müalicə qəbul edilməlidir.
Diş həkiminə gedəndə ehtiyatlı olun
Bu təhlükəli virusdan qorunmaq üçün gigiyenik qaydalara riayət etmək çox vacibdir. Ağız suyu, adi tər vasitəsilə və ya görüşən zamanı belə bu virusa yoluxma halı baş verə bilər. Həkimlər stomatoloji və kosmetoloji manipulyasiyalar zamanı virusa yoluxma riskini xüsusi vurğulayırlar.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, hepatit C-yə yoluxmuş insanların istifadə etdikləri dırnaq qayçısı, təraş bıçağı, diş fırçası kimi fərdi vasitələr də xəstəliyin əsas yayılma yollarındandır. Həmçinin, virusa steril olmayan diş poliklinikalarında, bərbərxanalarda, qadın kosmetoloji salonlarında yoluxma ehtimalı var. Stomatoloji müayinə və müalicə prosedurları zamanı alət və vasitələr sterilizasiya olunmadan bütün xəstələr üçün istifadə edilərsə, hepatit B və C virusuna yoluxma halı baş verə bilər. Virusdan qorunmaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək tövsiyə olunur.
Sözügedən mərkəzin Tibbi Nəzarət şöbəsi tərəfindən yoluxma riski yaradan bu amillərə qarşı bir sıra tədbirlər həyata keçirilir. Bu məqsədlə özəl tibb müəssisələrində aparılan yoxlamalar zamanı virus hepatitlərinin yoluxma yollarının qarşısının alınması xüsusi nəzarətdə saxlanılır.
Ümumdünya Səhiyyə Təşkilatı isə bəyan edir ki, hepatitdən qorunmaq və orqanizmdə hepatit virusunun olub-olmadığını bilmək üçün qanın müayinəsi aparılmalı və peyvənd vurulmalıdır. Təşkilat hər il 780 mindən çox insanın ölümünə səbəb olan hepatit B virusuna qarşı peyvənd aparılmasını tövsiyə edir.
Azərbaycanda hepatitlə mübarizə
Hepatit xəstəliyinin müayinə və müalicəsi ilə bağlı Azərbaycanda da mühüm tədbirlər görülür. Səhiyyə Nazirliyinin qərarına əsasən, 1990-cı ildən yeni doğulan uşaqlara hepatit B peyvəndi 3 dozada vurulur. İlk peyvənd uşaq doğulandan sonrakı 12 saat ərzində edilir. Birinci və altıncı aylarda hepatit B peyvəndini təkrarlamaq lazımdır. Yetkin şəxslər isə hepatit B-yə qarşı peyvənd vurdurmaq istədikdə hər hansı tibbi müəssisəyə yaxınlaşa bilər. Öncə qan analizi verməlidir. Qanında hepatit B-nin olmadığı müəyyənləşsə, ona bu peyvənd 3 mərhələdə vurulur. Hepatit B peyvəndi ilə bağlı yaş məhdudiyyəti yoxdur. Vurulan zaman hər hansı əks göstərişi qeydə alınmır, hətta hamilə qadınlara da tətbiq oluna bilər.
Ölkədə hepatitə qarşı aparılan tədbirlərə hepatit viruslarına yoluxanlara diaqnozun qoyulması, qeydiyyatın aparılması, onların dərman preparatları ilə təmin edilmələri və müalicələrinin təşkili daxildir. 1989-cu ildən artıq Azərbaycanda virusun müayinəsinə başlanılsa da, rəsmi qeydiyyatı 2001-ci ildən aparılmağa başlanıb. Müxtəlif regionlarda virusun müxtəlif genotipləri yayılıb.
2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb. Yeni preparatların tətbiqi nəticəsində 95 faizdən artıq sağalmaya nail olunub. Hazırda qeydiyyatdan keçən yeni preparatlar hepatit xəstələrinin sağalıb həyata qaytarılmasında böyük rol oynayır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda viruslu hepatit diaqnozu ilə qeydə alınan xəstələrin sayı 206 nəfər olub. Onlardan 150-si kişi, 56-sı qadındır. Xəstələrdən 13 nəfəri 0-17 yaş qrupuna aiddir, 193 nəfəri 18 və yuxarı yaşlı şəxslərdir. Xəstələrdən 13-ü kişi, 12-si qadın olmaqla 25-i kəskin A hepatitli, 74-ü kişi, 24-ü qadın olmaqla 98 nəfəri kəskin B hepatitli, 63-ü kişi, 20-si qadın olmaqla 83 xəstə kəskin C hepatitlidir. 2020-ci ildə A hepatitindən 2 nəfər, B hepatitindən 6-sı qadın, 6-sı kişi olmaqla 12 nəfər, C hepatitindən isə 38-i kişi, 10-u qadın olmaqla 48 nəfər ölüb.
2030-cu ilədək yoluxanların 90% azaldılması hədəf seçilib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırır. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.
Qeyd edək ki, ÜST-ün qərarı ilə 2010-cu ildən başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur. Həmin gün dünyada hepatit viruslarına qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir. Bu tarixin seçilməsi hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə “Nobel” mükafatına layiq görülən professor Barux Blumbergin doğum günü ilə əlaqədardır.
Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Məqalənin məzmunu İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.
Bölməyə aid digər xəbərlər

10-11-2025, 23:09
Neftçala bazarında baş verən yanğın söndürülüb
10-11-2025, 13:00
Sabah hava necə olacaq? - Proqnoz
9-11-2025, 14:18
Sabahın hava proqnozu açıqlanıb
7-11-2025, 17:38
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
7-11-2025, 14:10
DOST mərkəzləri bayram günlərində fəaliyyət göstərməyəcək
7-11-2025, 14:04
Qumar oyunlarını reklam edən 17 nəfər saxlanılıb
7-11-2025, 12:08
Sabah hava necə olacaq? - Proqnoz
7-11-2025, 08:54
Yeni texnologiya: "Superağıl" süni intellekti üstələyəcək
7-11-2025, 07:42
Trampın bəyanatını eşidən şirkət rəhbəri huşunu itirib
6-11-2025, 17:29
Moskva məhkəməsi azərbaycanlı qardaşlara hökm oxuyub
6-11-2025, 17:16
Regional Təhsil İdarəsinin müdir müavini yeni vəzifəyə təyinat alıb
6-11-2025, 13:03
İmtahanlara müdaxilə edən şəxslərin cinayət işi məhkəməyə göndərilib
6-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
6-11-2025, 11:36
Eldar Əzizov rəisi vəzifədən azad edib
6-11-2025, 11:13
Meyxanaçı Vahid Qədim sevgilisini bıçaqlayıb
6-11-2025, 08:29
Dünyada ən çox meşə sahəsinə malik ölkələr... - Siyahı
5-11-2025, 18:03
Bu gün Super Ay hadisəsi müşahidə olunur
5-11-2025, 17:52
"Baza otel spa" adlı otelin müdiri saxlanılıb
5-11-2025, 15:34
Qayıqda 2 tona yaxın kokain tutulub - Video
5-11-2025, 15:01
Beş il ərzində smartfonlar dövriyyədən çıxacaq
5-11-2025, 12:48
Sabah yağışlı hava olacaq - Proqnoz
5-11-2025, 12:44
Bakıda NATO kursu keçirilir
5-11-2025, 08:48
Fili tək əli ilə qaldıra bilən əzələ nümayiş etdirilib
4-11-2025, 17:15
“Azəriqaz”ın direktor müavininin bacanağına hökm oxunub
4-11-2025, 16:29
Təhsil müəssisələrində iş və istirahət günlərinin yeri dəyişib
4-11-2025, 16:13
Metroda yeni ödəniş qaydası tətbiq olunur
4-11-2025, 11:46
Tehran şəhərinin su ehtiyatı tükənir
4-11-2025, 09:15
Kainatla bağlı yeni tədqiqatlar aparıblar
4-11-2025, 08:43
Dekabrın 15-i “Ümumdünya Türk Dilləri Ailəsi Günü”dür
3-11-2025, 15:53
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
3-11-2025, 15:20
Vəzifəli şəxs rüşvət ittihamı ilə həbs edilib
3-11-2025, 14:21
Süni intellekt "YouTube" platformasına hücum edib?
3-11-2025, 12:49
Sabah hava necə olacaq? - Proqnoz
3-11-2025, 12:23
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
3-11-2025, 09:58
Prezidentin Təhlükəsizlik Xidmətində dəyişiklik olub
3-11-2025, 09:19
Əfqanıstandakı zəlzələ Qazaxıstanda da hiss olunub
2-11-2025, 13:04
Sabah yağış yağacaq
1-11-2025, 17:27
Oğlunu azad torpaqlarda, dalğalanan bayraqda görən ana
1-11-2025, 12:47
Sabah hava necə olacaq? - Proqnoz
31-10-2025, 20:21
Rey Kərimoğlu: Layihəmiz yekunlaşsa da, işlərimiz davam edəcək - Fotolar
31-10-2025, 18:00
Polis sürət qatarına daş atan yeniyetmələri müəyyən edib
31-10-2025, 17:44
Noyabrda hava necə olacaq? - Aylıq proqnoz
31-10-2025, 14:34
Altı milyon il əvvəlin buzu tapılıb

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək