Nazirlikdə kadr dəyişikliyi olub - Təyinatlar
Tarix: 03-10-2022 15:27 | Bölmə: Cəmiyyət
Nazirlikdə kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin sədr müavini Mahir Məlikov nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri təyin olunub.

Reyting.az
xəbər verir ki, o, bu vəzifədə bir qədər əvvəl nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri təyin edilmiş Fuad Mayılovu əvəz edib.

Yaxın vaxtlara qədər həmin şöbəyə Elvin Paşayev rəhbərlik edib və o, bu il iyulun 25-də Göygöl rayon icra hakimiyyətinin başçısı təyin olunub.

"Aqroservis"də boş qalmış müavin vəzifəsi isə Ramin Əliyevə həvalə edilib. O, bundan əvvəl Daxili nəzarət və audit şöbəsində çalışıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}