Bakıda evə basqın edilib, ailə üzvləri bıçaqlanıb, qətlə yetirilənlər var - Yenilənib+
Tarix: 29-11-2022 22:28 | Bölmə: Cəmiyyət
Bakıda evə basqın edilib, ailə üzvləri bıçaqlanıb, qətlə yetirilənlər var

Noyabrın 29-da saat 20 radələrində Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Reyting.az
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Qeyd edək ki, yaralı ailə üzvləri APA-ya bildirib ki, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi, döngə 5, ev 4b ünvanındakı mənzilə naməlum şəxs və ya şəxslər quldurluq yolu ilə daxil olub. Onlar talama məqsədilə evə daxil olarkən ailə üzvlərini bıçaqlayıb, ev sahibini öldürüb.

***

Buzovna qəsəbəsində evə basqın zamanı yaralanan şəxslərdən biri də dünyasını dəyişib.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 1971-ci il təvəllüdlü Rahil Muradovun həyatını xilas etmək mümkün olmayıb.

***

Xəzər rayonunda yerləşən evlərdən birində ölən və xəsarət alanlarla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Baş Prokurorluqdan bildiriblər ki, hazırda hadisəni törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi ilə bağlı işlər aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}