12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Bakıda Cümə namazında İrandakı səfirliyimizə terror hücumu pislənilib
Tarix: 27-01-2023 17:05 | Bölmə: Cəmiyyət
Bakıda Cümə namazında İrandakı səfirliyimizə terror hücumu pislənilib

Bakıda keçirilən Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu pislənilib.

Reyting.az
xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumla bağlı münasibət bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında baş verən terror hadisəsi bütün Azərbaycan xalqını dərindən sarsıdıb: "Baş verən terror hadisəsində şəhid olan soydaşımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı törədilən terrordur və mütləq İran dövləti həmin terrorçuları cəzalandırmalıdır".




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər