21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Qadının qarın boşluğunda tənzifi unudan həkimə cinayət işi açılıb
Tarix: 28-02-2023 16:55 | Bölmə: Cəmiyyət
Qadının qarın boşluğunda tənzifi unudan həkimə cinayət işi açılıb

Mingəçevirdə xəstənin qarın boşluğunda tənzif unudan həkimlə bağlı cinayət işi açılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilən cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər