Talassemiyalı uşaqlar üçün "yardım yığan " qadın tutulub
Tarix: 01-03-2023 13:49 | Bölmə: Cəmiyyət
Talassemiyalı uşaqlar üçün "yardım yığan " qadın tutulub

Talassemiya xəstəsi olan uşaqlar üçün toplanmış vəsaitləri mənimsəyən qadın həbs edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova haqqında artıq cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

Xatırladaq ki, Nuridə Seyidovanın talassemiyadan əziyyət çəkən uşaqların əməliyyat edilməsinə dəstək adı ilə valideynlərin külli miqdarda vəsaitini mənimsədiyi haqqında redaksiyamıza şikayətlər daxil olmuşdu: valideynlərdən biri - Tural Nəsmiyev Oxu.Az-a müraciət etmişdi.




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq