Baş polis idarəsində yeni təyinat olub
Tarix: 04-03-2023 09:43 | Bölmə: Cəmiyyət
Baş polis idarəsində yeni təyinat olub

Bakı Şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib.

Reyting.az
xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrinə əsasən, polis polkovniki Eldəniz Məmmədov Bakı Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

Eldəniz Məmmədov əvvəllər DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini olub.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq