Hərbi qulluqçumuz minaya düşüb
Tarix: 06-03-2023 00:33 | Bölmə: Cəmiyyət
Hərbi qulluqçumuz minaya düşüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu ermənilərin basdırdığı minaya düşərək həlak olub.

Reyting.az
-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, K. Hüseynov xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həyatını itirib.

Hadisə martın 4-də baş verib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
Dünən, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq