21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
“Azəriqaz” müştərilərin hüquqlarını pozur
Tarix: 08-03-2023 15:19 | Bölmə: Cəmiyyət
“Azəriqaz” müştərilərin hüquqlarını pozur

“Azəriqaz” İstehsalat Birliyi yenidən məhkəməyə verilib.

Reyting.az
Bakıvaxtı.az-a istinadla bildirir ki, sahibkar Əhmədxanov Faiz Əhmədağa oğlu Sumqayıt Kommersiya Məhkəməsində İstehsalat Birliyinə qarşı iddia qaldırıb.

Kommersiya işi müqavilədən əmələ gəlmiş mübahisələr üzrə qaldırılıb.

İddia hakim Zülfüqar Sadıqovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, son vaxtlar “Azəriqaz”a qarşı məhkəmə iddiaları artmaqdadır. Bir müddət əvvəl vətəndaşlar Venera Ramakayeva Xətai Rayon Məhkəməsində, Tahir Əliyev isə Xəzər Rayon Məhkəməsində “Azəriqaz”a qarşı - istehlakçıların hüquqlarının müdafiəsi tələb ilə iddia qaldırıb. "ATF" MMC iddiası isə Şəki Apellyasiya Məhkəməsində araşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər