21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ağır cinayət törətmiş şəxsi edam ediblər
Tarix: 08-03-2023 17:28 | Bölmə: Cəmiyyət
Ağır cinayət törətmiş şəxsi edam ediblər

“Ölmək üçün çox gəncik, nə etdiyimizi heç kimə deməyəcəyik”. Reyting.az xəbər verir ki, bu sözləri xanımını və övladını amansızlıqla qətlə yetirmiş qatil Qarru edam edilməzdən əvvəlki çıxışında deyib.

2009-cu ildə dəhşətli cinayət törətmiş və edam cəzasına məhkum edilmiş Qarri Qrin illər sonra yenidən gündəmə gəlib. 51 yaşlı Qarri 14 il əvvəl arvadını 20 müxtəlif yerdən bıçaqlayaraq öldürüb, sonra isə 6 yaşlı qızını vəhşicəsinə qətlə yetirib.

Səlahiyyətlilər bildirir ki, Qarrinin ikiqat qətl törətməsinə səbəb həyat yoldaşının boşanmaq istəyi olub.

Qızını aldadaraq vanna otağına aparan Qarri su ilə dolu ərazidə balaca qızı boğaraq öldürüb.

Qarrinin digər iki uşağı bıçaqdan yüngül xəsarətlər alıb.

Məhkəmədə çıxış edən uşaqlar dedikləri ilə münsifləri şoka salıblar. Sözügedən ifadələr aşağıdakılardır:

Bıçaqlanaraq öldürülən qadının atası ümumiyyətlə, ölüm hökmünün əleyhinə olduğunu bildirib. Bu cəzanın ədalət sisteminin bir parçası olduğunu deyən ağrılı ata, baş verənlərə görə hər gün əziyyət çəkdiyini diqqətə çatdırıb.

Qətl gecəsi Qarri həyat yoldaşına məktub yazıb. Məktubda nə edəcəyini rəsmən etiraf edən şəxs qeyd edib: “Sən heyvanı görmək istəyirdin. Budur yaratdığım canavar, bu gecə 5 can alınacaq”.

Qarrinin edamdan əvvəl dediyi son sözlər də üzə çıxıb. Etdiyi əməldən peşman olduğunu bildirən Qarri belə deyib: “Sənə və ailənə vurduğum zərərə görə üzr istəyirəm. Bir ailə kimi yemək yedik, birlikdə güldük, ağladıq. Sizi məyus etdiyim üçün üzr istəyirəm”.

Qarrinin ölümündən sonra səlahiyyətlilər açıqlama verib. Bədəninə zəhər iynəsi vuran icraçılara təşəkkür edən Qarri, edam məhbusları arasında ənənə olan son şam yeməyində heç nə istəməyib.

Qarrinin təxminən 10 dəqiqə ərzində öldüyü bildirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər