Bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb
Tarix: 09-03-2023 09:04 | Bölmə: Cəmiyyət
Bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb

Bakıda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu, 1999-cu il təvəllüdlü Elvin Əliyev və gəlini, 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından boğularaq ölüb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}