21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişib
Tarix: 09-03-2023 11:45 | Bölmə: Cəmiyyət
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişib

Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, baş nazir Əli Əsədovun qərarına əsasən, bundan sonra şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, eləcə də dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək.

İndiyə qədər ödəmə mənbəyi müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsi, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondları idi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər