Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 09-03-2023 12:46 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında martın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir duman olacaq.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın əksər rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}