Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya olunub
Tarix: 09-03-2023 17:44 | Bölmə: Cəmiyyət
Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya olunub

Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya olunub.

ANAMA-dan Reyting.az-a bildirilib ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}